AZ

Gənclər arasında Azərbaycan mədəni irsinin təbliğinə həsr olunmuş intellektual turnir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni risinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Şabran rayonunda tədbir təşkil olunub. 

"Cebheinfo.az" xəbər verir ki, Şabran şəhər 5 nömrəli tam orta  ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Şabran şəhərindən və kəndlərindən olan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Xaçmaz və Qusar rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 100 nəfər yniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun 3 kənd zonasında da seçim turlarının keçirilməsi planlaşdırılıb.

"Cebheinfo.az"

Seçilən
17
6
cebheinfo.az

10Mənbələr