EN

Tanınmış aktyor: “Bu, kitabın və ədəbiyyatın bayramıdır”

ain.az, Bizim media saytına istinadən bildirir.

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günüdür.Bizim.Media xəbər verir ki, tanınmış aktyor Kamran Yunis festivalda iştirak edib.O, kitab sərgisinə marağın az olmasından təəssüfləndiyini bildirib.Onun sözlərinə görə belə tədbirlərdə insanların çoxluğu səbəbindən hərəkət etməyə yer olmamalıdır:“Bu, kitabın və ədəbiyyatın bayramıdır. Kaş burada o qədər insan olardı ki, tərpənməyə imkan qalmazdı. Təəssüf edirəm, bu qədər kitab olmasına baxmayaraq, insan azdır”.Aktyorun fikrincə, kitab cəmiyyət üçün ən vacib dəyərlərdən biridir:“Kitab işıqdır, kitab nurdur. İnsanlar oxumadıqca, cahilləşdikcə dünya başqa cür fırlanır”.O, gələcəkdə kitab oxuyanların sayının artacağına ümid etdiyini də vurğulayıb:“Ümid edək ki, ildən-ilə kitab oxuyanların sayı çoxalsın. Onda dünya daha gözəl yer olar”.Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.Festivalın ikinci günü Özbəkistan-Türkmənistan günü adlandırılıb.Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
bizim.media

10Sources