AZ

Firuzə Məmmədli “Düşdüm elə ayağına haqq sözün” kitabını təqdim etdi

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində şair Firuzə Məmmədli oxucularla görüşüb və yeni kitabının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru olan müəllifin 50-dən çox kitabı çap olunub.
 

MÖVZU İLƏ BAĞLI:  

“Gerisi nağıl” deyən Aysel Nəsirzadənin imza günündə izdiham yaşandı - FOTO


Festival çərçivəsində Firuzə Məmmədlinin “Düşdüm elə ayağına haqq sözün” adlı kitabı oxuculara təqdim olunub.

Müəllif əsasən poeziya yaradıcılığı ilə məşğuldur və müxtəlif mövzularda şeirlər qələmə alır.

F. Məmmədli 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin kitab təqdimatları və oxucularla görüşləri davam edir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
3
13
bizim.media

10Mənbələr