AZ

“Gerisi nağıl” deyən Aysel Nəsirzadənin imza günündə izdiham yaşandı - FOTO

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində şair, filoloq və publisist Aysel Nəsirzadə oxucularla görüşüb və “Gerisi nağıl” kitabının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan A. Nəsirzadə "Sükutdan asılmış ruh", "Qəfəs darlığı", "Bir sərbəst şeir, iki qafiyə kədər" və Türkiyədə İmdat Avşarın Türkiyə türkçəsinə tərcümə etdiyi "Günüm geceyle başlar" şeir kitablarının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:  

“Ulduzlu görüşlər” adlı ədəbi tədbir keçirildi - FOTO


Aysel Nəsirzadə yaradıcılığında əsasən fəlsəfi və məhəbbət mövzularına üstünlük verir.

O, həmçinin zerifkolgeler saytının təsisçisi və “Türk Şöləni” şeir müsabiqəsinin qalibidir.

Festivalda müəllifin kitabları oxucular tərəfindən böyük maraqla qarşılandı. Təqdimat zamanı izdiham yaşanıb, oxucular müəlliflə şəkil çəkdirib, kitablarını imzaladıblar. Müəlliflə söhbət etmək üçün belə uzun növbə yaranıb.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.




Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
25
13
bizim.media

10Mənbələr