EN

Məşhur qapıçı karyerasını bitirdi

Danimarkalı qapıçı Kasper Şmeyxel karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 39 yaşlı qapıçı bu barədə TV2 kanalına verdiyi müsahibədə bildirib.

O, qərarının səhhətindəki problemlərlə bağlı olduğunu etiraf edib. Ən son Şotlandiyanın “Seltik” klubunda oynayan qapıçı çiyin zədəsi səbəbindən yaz mövsümünün əhəmiyyətli bir hissəsini buraxmalı olub. Onun komanda ilə müqaviləsi iyun ayında başa çatır.

Danimarkalı futbolçu deyib: “Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim və hamısı peşəkar futbola qayıtmağıma ümid etməməli olduğumu dedi”.

Chosen
42
3
publika.az

6Sources