AZ

Tanınmış qapıçı karyerasını başa vurdu

Danimarka millisinin və “Seltik”in qapıçısı Kasper Şmeyxel karyerasını bitirdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, 39 yaşlı qolkiper çiynidəki zədə səbəbindən bu addımı atıb:

“Mən bir neçə cərrahla məsləhətləşdim və onlar dedilər ki. yaşıl meydanlara qayıtmağıma ümid etməyim. Çox fikirləşdim, lakin düşünürəm ki, karyeramı bitirmək üçün ən uyğun zaman indidir”.

Şmeyhel “Lester”in heyətində 2015-2016 mövsümündə İngiltərə çempionu olub. O, “Seltik”də 2024-2025 mövsümündə Şotlandiya çempionatını qazanıb.

Təcrübəli qapıçı AVR0-2020-də Danimarka millisi ilə bürünc medal qazanıb.

Seçilən
86
3
msport.az

6Mənbələr