AZ

Danimarka millisinin qapıçısı zədə səbəbindən karyerasını başa vurdu

BAKI, 27 may. TELEQRAF

Şotlandiyanın “Seltik” klubunun və Danimarka millisinin qapıçısı Kasper Şmeyxel karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkə hesabında məlumat yayıb.

39 yaşlı qolkiper qərarını çiynindəki zədə ilə əlaqələndirib:

“Çiynimlə bağlı bir neçə cərrah və mütəxəssislə məsləhətləşdim. Onlar elit futbola qayıdacağıma ümid etməməli olduğumu dedilər. Çox düşündüm və hesab edirəm ki, indi karyeramı başa vurmaq üçün ən uyğun zamandır”.

Qeyd edək ki, Kasper Şmeyxel 2015/2016 mövsümündə “Lester”in heyətində İngiltərə çempionu olub. O, 2024/2025 mövsümündə “Seltik”lə Şotlandiya çempionluğunu qazanıb. Təcrübəli qapıçı Danimarka millisi ilə AVRO-2020-nin bürünc medalını əldə edib.

Seçilən
35
2
teleqraf.com

6Mənbələr