Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk oyunda Avstriya ilə qaüşılaşıb.
F qrupunda yarışan seçmə qitə çempionatına qələbə ilə start verib. 1:0 hesabı ilə qalib gələn minifutbolçularımızın yeganə qoluna İsa Atayev 36-cı dəqiqədə imza atıb.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.