AZ

Yığmamız İtaliya ilə qarşılaşacaq - AÇ-2026

Bu gün minifutbol üzrə millimiz Slovakiyada keçirilən AÇ-2026-nın F qrupunda ikinci oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17.45-də başlayacaq. Komandamız ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib.

Yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

Xatırladaq ki, millimiz AÇ-2022-nin qalibi olub.

Seçilən
27
12
football-plus.az

10Mənbələr