EN

ABŞ maliyyə naziri: İrana qarşı bütün addımlarımız müdafiə xarakterlidir

BAKI, 30 may. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla atəşkəs qüvvəyə mindikdən sonra həyata keçirdiyi bütün fəaliyyətlərin müdafiə xarakteri daşıdığını bildirib.

Teleqraf xəbər verir ki, Bessent bu barədə Ronald Reyqan İqtisadi Forumunda çıxışı zamanı danışıb.

O, ABŞ hərbi rəhbərliyinin də bu mövqeni dəfələrlə ifadə etdiyini vurğulayıb.

"Atəşkəs əldə olunandan bəri gördüyümüz bütün tədbirlər müdafiə xarakteri daşıyır", - deyə ABŞ maliyyə naziri bildirib.

Skott Bessent əlavə edib ki, ABŞ hərbçiləri İranla əldə olunmuş atəşkəs rejimini pozmur və fəaliyyətlərini təhlükəsizlik maraqları çərçivəsində həyata keçirirlər.

Qeyd edək ki, Bessent bundan əvvəl Vaşinqtonun İrana məxsus təxminən 1 milyard dollar dəyərində kriptovalyutanı blokladığını açıqlamışdı.

Chosen
85
3
teleqraf.com

10Sources