EN

Türkiyə kəşfiyyatının rəhbəri Ankarada HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşdü

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

 

İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş və HƏMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə edib.

 

Görüş zamanı HƏMAS-ın atəşkəsin şərtlərinə əməl etdiyi bildirilib, İsrailin atəşkəs pozuntuları ilə bağlı məlumat təqdim edilib.

 

Həmçinin Qəzzadakı son vəziyyət, Türkiyənin atəşkəsin təmin olunmasına yönəlmiş səyləri və mümkün pozuntuların qarşısının alınması üçün atılacaq addımlara dair fikir mübadiləsi aparılıb.

 



Chosen
13
2
senzor.az

5Sources