AZ

İbrahim Kalın HAMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəsi müzakirə edib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada HAMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

İbrahim Kalın HAMAS Şura Məclisinin sədri Məhəmməd Derviş və HAMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə edib.

Görüş zamanı HAMAS-ın atəşkəsin şərtlərinə əməl etdiyi bildirilib, İsrailin atəşkəs pozuntuları ilə bağlı məlumat təqdim edib.

Həmçinin Qəzzadakı son vəziyyət, Türkiyənin atəşkəsin təmin olunmasına yönəlmiş səyləri və mümkün pozuntuların qarşısının alınması üçün atılacaq addımlara dair fikir mübadiləsi aparılıb.

Seçilən
1
3
apa.az

4Mənbələr