EN

bp: AÇG nin dərin qaz layihəsi milyardlarla dollarlıq investisiyaya yol aça bilər

ain.az bildirir, Apa.az portalına istinadən.

bp Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda həyata keçirilən dərin qaz layihəsinin gələcəkdə milyardlarla dollar həcmində investisiyalara yol aça biləcəyini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

Onun sözlərinə görə, şirkət AÇG-də qeyri-assosiasiyalı qazın (NAG - Non-Associated Gas) hasilatı üzrə ilk quyunu artıq istismara verib.

“Dünən AÇG-də dərin qaz layihəsi çərçivəsində ilk hasilat quyusunun işə salındığını elan etdik. Yaxın zamanda növbəti quyu da istifadəyə veriləcək”, – deyə o bildirib.

C.Kristofoli qeyd edib ki, bp növbəti mərhələdə əldə olunacaq hasilat və geoloji məlumatları təhlil edəcək.

“Daha sonra məlumatları qiymətləndirəcəyik və bu, potensial olaraq milyardlarla dollar həcmində investisiyaya gətirib çıxara bilər. Söhbət AÇG yataqlarının altındakı qaz ehtiyatlarının işlənməsindən gedir”, – deyə bp rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, layihənin uğurlu nəticələri Azərbaycanın qaz hasilatı potensialının daha da artırılmasına imkan verə bilər.

Qeyd edək ki, AÇG Azərbaycanda ən böyük neft yataqları blokudur və bp burada operator qismində fəaliyyət göstərir. Dərin qaz layihəsi isə yatağın neft laylarının altında yerləşən qaz ehtiyatlarının kommersiya baxımından qiymətləndirilməsini nəzərdə tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
48
apa.az

10Sources