EN

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Bakı, 2 iyun, AZƏRTAC

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 2-dən 25-dək Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-dan 25-dək isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

 

Chosen
25
5
azertag.az

10Sources