AZ

İyunda Səyyar ASAN xidmət hansı ünvanlarda fəaliyyət göstərəcək?

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, iyunun 2-dən 25-dək Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-dan 25-dək isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

 

Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

 

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.

 

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Tarix: 2 İyun 2026, 11:52   
Seçilən
14
5
pravda.az

10Mənbələr