

Müəllif
İlhamə Vəliqızı
İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ulusum.az-a verilən məlumata görə, iyunun 2-dən 25-dək Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-dan 25-dək isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.
Diqqət Çəkənlər
Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib.
“Bakı Enerji Forumu”nun ikinci günü başlayıb
Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar