EN

Səyyar ASAN xidmət iyunda bu ünvanlarda fəaliyyət göstərəcək

Səyyar ASAN xidmət avtobuslarının iyun ayında fəaliyyət göstərəcəyi ünvanlar müəyyənləşib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, səyyar xidmətlər iyunun 2-25-də Daşkəsən, Şabran, Hacıqabul, Astara, Tərtər, Ağsu, Yevlax və Xırdalan şəhərlərində göstəriləcək.

İyunun 16-25-də isə Bakı şəhərinin Mərdəkan qəsəbəsində səyyar xidmətlər olacaq.Qeyd edək ki, Səyyar ASAN xidmət avtobusları həftənin iş günləri saat 10:00-dan 17:00-dək xidmət göstərir.

Ağsu şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün “108” (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Chosen
20
27
cebheinfo.az

10Sources