EN

Biləsuvarda iki yük maşını toqquşub: ölən var FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

 

İlkin məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford Transit” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Kəramət Bəylər oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

“Ford Transit” markalı yük avtomobilini isə Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Babayev Ələddin İmamverdi oğlu idarə edib.Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
14
bizim.media

10Sources