EN

Şadlıq evini təmir edərkən yıxılıb öldü

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

 
 

Chosen
173
7
7news.az

10Sources