Akif Nağı qeyd edib ki, Azərbaycan ehtiyatlı və mövcud vəziyyəti düzgün qiymətləndirərək addım atır: "Azərbaycanın mövqeyi ortadadır ki, Rusiya sülhməramlıları çıxmalıdır. Artıq sülhməramlıların regionda qalmasına ehtiyac yoxdur. Rus hərbiçiləri əlavə gərginlik mənbəyi kimi qalır. Ona görə də, çıxmalıdır. Azərbaycan öz hədəfinə çatmaq üçün mütləq addımlar atacaq. Artıq bu ildən proses başlayacaq. Regionda artıq mövqelər də dəyişə bilər. Qərbin Ermənistanda mövcudluğu xeyli arta bilər. Türkiyə regionda möhkəmlənmək üçün müəyyən addımlar atır. Azərbaycan və Türkiyənin regionda situasiyanı öz xeyrinə dəyişmək üçün bir yerdə planları var. Rusiya da Azərbaycan və Türkiyənin mövqeyi ilə hesablaşacaq. Ola bilər ki, vaxtındanda bir az əvvvəl Rusiya Azərbaycan torpaqlarını tərk etsin. Bu həm Azərbaycanın maraqları ilə bağlıdır, həm də sülhməramlıların regionda qalması mümkün deyil. Buna ehtiyac da yoxdur. Çünki, Azərbaycan özü sərhədlərini qoruya bilər".Siyasətçinin sözlərinə görə, Rusiya özü də başa düşür ki, təkid edərsə, vəziyyəti daha da pis olar, Azərbaycan və Türkiyə münasibətləri daha da gərginləşər. Bu amilləri nəzərə alaraq onlar da düzgün qərar qəbul edib, Azərbaycanın istəyi və mövqeyi ilə hesablaşacaqlar.Seyranə Quliyeva / Metbuat.az