Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
Senzor.az bildirir ki, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilib.
Məlumatı KİV-ə açıqlamasında onun vəkili Rəsul Cəfərov təsdiqləyib.
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 2019-cu ildə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. H.Abdullayevin həbs müddəti bu ilin aprelində başa çatacaqdı.
H.Abdullayev barəsində yeni cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.