EN

Bir saatdan sonra Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır. "Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.Mətləb Salahov

Chosen
91
19
baki-xeber.com

10Sources