Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.
Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığını orada keçəcək.
Toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik:
| S | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Trabzonspor (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | KDZ Eregli Spor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 5 | Nərgiz Hacıyeva | Aktobe (Qazaxıstan) |
| 6 | Manə Mollayeva | Neftçi |
| 7 | Ayşən Əhmədova | PAOK (Yunanıstan) |
| 8 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
| 9 | Diana Məmmədova | Yenisey (Rusiya) |
| 10 | Fidan Cəfərova | Baku Juniors |
| 11 | Aysun Əliyeva | Neftçi |
| 12 | Kamilla Məmmədova | Okjetpes (Qazaxıstan) |
| 13 | Firəngiz Teymurova | Neftçi |
| 14 | Jalə Məhsimova | Bəylərbəyi Spor (Türkiyə) |
| 15 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
| 16 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 17 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 18 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
| 19 | Coşqunə Əliyeva | Neftçi |
| 20 | Sevinc Cəfərzadə | Eastern Flames (Səudiyyə Ərəbistan) |
| 21 | Milana Rəhimova | Neftçi |
| 22 | Nazlıcan Parlak | Qalatasaray (Türkiyə) |
| 23 | Vüsalə Seyfəddinova | Olimpiada İmittou (Yunanıstan) |