19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
“Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.
Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz orada Qazaxıstan, Türkiyə və meydan sahibləri ilə qarşılaşacaq.
| S | AD/SOYAD | KLUB |
| 1 | Sadiq Məmmədzadə | Səbail |
| 2 | Nicat Qaragözlü | Neftçi |
| 3 | Murad Ağamalıyev | Sumqayıt |
| 4 | Hüseyn Hüseynov | Turan Tovuz |
| 5 | Nihad Əliyev | Qarabağ |
| 6 | Kənan Feyziyev | Sumqayıt |
| 7 | Yusif Hacıyev | Zirə |
| 8 | Nadir Orucov | Sumqayıt |
| 9 | Vüsal Paşayev | Sumqayıt |
| 10 | Surxay Nəbiyev | Neftçi |
| 11 | Emil Bünyadzadə | Qarabağ |
| 12 | Elgün Dünyamalıyev | Sabah |
| 13 | İlkin Cəfərli | Sabah |
| 14 | İlkin Budaqov | Qəbələ |
| 15 | Qədir Ramazanov | Qəbələ |
| 16 | Şahin İbrahimov | Sabah |
| 17 | Sənan Muradlı | Sumqayıt |
| 18 | Əşrəf Ələkbərli | Qarabağ |
| 19 | Murad Məmmədov | Neftçi |
| 20 | Elton Mikayılov | Qarabağ |
| 21 | Raul Zeynallı | Səbail |
| 22 | Nihad Əhmədzadə | Sumqayıt |
| 23 | Niyazi Osmanov | Sabah |
| 24 | Toğrul Tapdıqlı | Sumqayıt |
4 iyun
20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)
7 iyun
18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)
10 iyun
20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.