EN

Millimiz Türkiyəni məğlub etdi

B Liqasının I qrupunda yer alan millimiz dördüncü matçında Türkiyə yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, “Liv Bona Dea Arena"da təşkil olunan görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəliyeva vurub.

Bu nəticədən sonra millimiz xallarının sayını 4-ə yüksəldib. Türkiyə yığmasının hesabında isə 6 xal var.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda növbəti oyununu iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan kollektivinə qarşı keçirəcək.

Chosen
203
3
sportal.az

4Sources