EN

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür » Medical Media


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun "Ümumdünya ətraf mühit günü" kimi qeyd olunmasına qərar verilib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanııb.
 
Medicalmedia.az
xəbər verir ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.
 

İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək məqsədilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
 
Bununla əlaqədar olaraq, ölkənin müxtəlif ərazilərində ağacəkmə kampaniyaları həyata keçirilir.
 
Bu işdə Səhiyyə Nazirliyi, TƏBİB və digər tibb müəssisələri də böyük səylə dəstək verir.
 
Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.
Chosen
92
1
medicalmedia.az

2Sources