EN

Toy keçirilən restoranda yanğın olub - Fotolar

Toy

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.(Report)




Chosen
593
19
reyting.az

10Sources