EN

Çinin sabiq baş naziri öldü

2013-2023-cü illərdə Çində xidmət etmiş keçmiş baş nazir Li Keçyan 68 yaşında ürək tutmasından dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuatı xəbər yayıb. 

Bildirilir ki, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 27-də yerli vaxtla saat 00:10-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

2013-2023-cü illər arasında baş nazir vəzifəsini icra edən Li Keçyan Prezident Si Cinpin ilə birlikdə son 10 ildə Çin siyasətinin aparıcı simalarından biri idi.

Baş nazir olduğu müddətdə Li Keçyan iqtisadiyyatın gündəlik idarə olunmasına cavabdeh idi və koronavirus (COVID-19) pandemiyası dövründə özəl sektorun təşviqi, struktur islahatları, eləcə də iqtisadi tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmişdi.

Chosen
209
6
cebheinfo.az

10Sources