EN

Azərbaycan kikboksçusu Ümumdünya Kombat Oyunlarında qalib oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən III Ümumdünya Kombat Oyunlarında azərbaycanlı  kikboksçusu Amin Quliyev qalib olub.

Futbolpress.az xəbər verir ki, o, finalda V İslam Həmrəylik Oyunlarının qalibi Əli Atabərk Gürbüzcanı məğlub edib.

"Lou kik" üzrə 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançı türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalına yiyələnib.
Chosen
391
7
futbolpress.az

10Sources