
Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu vuraraq qəsdən öldürən şəxs saxlanılıb.
Reyting.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verirki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cəlilabad Rayon Prokurorluğunun məlumatında isə bildirilir ki, qəsdən adam öldürməkdə təqsirləndirilən Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.