RU

Cəlilabadda qətl hadisəsi tərədilib

Cəlilabadda

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verirki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cəlilabad Rayon Prokurorluğunun məlumatında isə bildirilir ki, qəsdən adam öldürməkdə təqsirləndirilən Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
284
21
reyting.az

10Источники