EN

Fransada “Paris-2024”lə bağlı yeni tətil çağırışı

Paris Olimpiadası ərəfəsində Fransanın paytaxtındakı hava limanları (“Orly” və “Roissy-CDG”) menecerlərinin 4 həmkarlar ittifaqı tətilə çağırış edib.

İş şəraitinin pisləşməsinə qarşı olan həmkarlar ittifaqları daha min nəfərin işə götürülməsi təklifinin reallaşmasını tələb edirlər. Bununla yanaşı, onlar Olimpiya və Paralimpiya Oyunları zamanı iş gün­lərinə zəmanət verilməsini istəyirlər. Pa­ris aeroportları qrupunun (“Aeroports de Paris-ADP”) 4 həmkarlar ittifaqı (CGT, CFDT, FO və UNSA) iyulun 17-nə tə­til elan edib. ADP qrupu baş direktoru­nun yalnız işçilərin bir hissəsinə bonus ödəmək qərarından həmkarlar ittifaqları təmsilçiləri təəssüfləndiklərini bildiriblər. 

Mətbuata açıqlamada qeyd edilir ki, baş direktorun tələblərə laqeyd yanaş­ması yekdilliklə pislənilir. CGT, CFDT, FO və UNSA həmkarlar ittifaqları bildiriblər ki, onlar tətil elan etməyə məcburdurlar. Çünki ADR-in baş direktorunun inadkar imtinası, onun birləşmiş həmkarlar itti­faqları tərəfindən irəli sürülən ultimatumu lazımi səviyyədə qiymətləndirməməsi bu addımı atmağa məcbur edir. 

L.QURBANOVA
XQ

Chosen
66
2
xalqqazeti.az

7Sources