EN

Avro-2024: İspaniya və İngiltərə yığmaları arasında final oyununda birinci hissəsi başa çatıb YENİLƏNİB

Bakı, 14 iyul, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.

23:01

Almaniyada keçirilən Avropa çempionatının final oyununda üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü fransalı hakim Fransua Leteksye idarə edəcək.

Chosen
92
4
azertag.az

10Sources