AZ

İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu oldu

 Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.

Seçilən
81
8
xezerxeber.az

10Mənbələr