AZ

İspaniya tarixində 4-cü dəfə Avropa çempionu oldu

 

  Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb. Final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub. Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.

  Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı qarşılaşmanın 87-ci dəqiqəsində Miker Oyarzabal İspaniyanın ikinci topuna imza atıb.

  Görüşü fransalı hakim Fransua Leteksye idarə edib.

  İspaniya və İngiltərə yığmaları arasındakı oyunda ikinci qolu 73-cü dəqiqədə ingilislərin heyətində Kold Palmer vuraraq tablodakı rəqəmləri bərabərləşdirib.

  İspan İnaki Vilyams 47-ci dəqiqədə fərqlənib.

 



Seçilən
88
4
trt.net.tr

10Mənbələr