EN

İspaniya dördüncü dəfə Avropa çempionu oldu -

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb.Metbuat.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.***Almaniyada keçirilən Avropa çempionatının final oyununda üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasında oyun başlayıb.Metbuat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.Matçı canlı izləyin:


Chosen
107
8
metbuat.az

10Sources