EN

Azərbaycan stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər

Azərbaycan stolüstü tennisçiləri Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər

Azərbaycan stolüstü tennisçiləri İsveçin Malmö şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Azərbaycan kollektivi gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.

Mənbə: AZƏRTAC

Chosen
28
17
ilk.az

10Sources