Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb.
Traktorla "VAZ-2106" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.