Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad-Boyxanlı avtomobil yolunun Əliqasımlı-Bədirli kəndləri arasında qeydə alınıb.
Traktorla "VAZ-2106" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "VAZ-2106" yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəzada yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info