Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi olub. Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəlilabad-Boyxanlı avtomobil yolunda qeydə alınıb.Belə ki, tarladan qayıdan traktor “VAZ-2106” markalı avtomobil ilə toqquşub.Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kartof əkilən sahəyə düşüb.Qəzada yaralıların olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.