EN

Konfrans Liqası: “Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın edib

Konfrans Liqası: “Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın edib

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “qartallar” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. Görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində qolları Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) vurublar.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.

Mənbə: AZƏRTAC

Chosen
68
3
ilk.az

9Sources