AZ

Konfrans Liqası: “Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın etdi

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Senzor.az bildirir ki, Rəşad Sadıqovun komandası Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. 

 

Görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) vurublar.

  

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada keçiriləcək.

Seçilən
97
8
senzor.az

9Mənbələr