AZ

Konfrans Liqası: “Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın edib

Bakı, 25 iyul, AZƏRTAC

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “qartallar” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. Görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində qolları Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) vurublar.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.

 

Seçilən
92
3
azertag.az

9Mənbələr