EN

İranın Türkiyə PLANI: Tehranın Təbrizdə təşkil etdiyi aksiyanın məqsədi nədir? - ƏTRAFLI

Türkiyənin Təbrizdəki konsulluğu qarşısında hökumətin təşkil etdiyi etiraz aksiyası keçiriləcək. Bu barədə SEPAH-a yaxın media məlumat yayıb. Görünür, hədəf İsrail yox, Türkiyədir. Hərçənd Yaxın Şərq məsələsində ən ədalətli mövqeyi Türkiyənin sərgilədiyi hər kəsə bəllidir.

Bəs görəsən, İranın Ankaraya qarşı belə bir aksiya təşkil etmək planı nədən qaynaqlanır? İran nəyə nail olmaq istəyir? 

Mövzunu "MediaPost"a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, təfriqəçi molla rejimi İranda hakimiyyətə gətirildikdən sonra ilk günlərdən başlayaraq İsrail-Fələstin münasibətlərini özünün ideoloji platformasının əsas qayəsindən biri hesab edir: "Bu aspektdən həm daxili, həm də xarici siyasətdə yararlanmağa çalışır.

alt

Xüsusən də regional müstəvidə İran Fələstin məsələsini özünün himayəsi altında saxlamaqla və ayrı-ayrı silahlı qruplara dəstək verməklə əslində prosesləri müəyyən qədər özündən kənarda tutmağa çalışır. Nəticə etibarilə Fələstin xalqının da maraqlarına ciddi zərbə vurur. Türkiyənin mövqeyi isə bu məsələdə hər zaman səmimi olub. Türkiyə əslində dinc insanların əzab çəkməsini istəmir, sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edir. Türkiyənin hədəflərindən biri də BMT qətnaməsinin yerinə yetirilməsi və Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həll edilməsidir. Bu, obyektiv və ədalətli yanaşmadır".

Politoloqun sözlərinə görə, İranın məqsədi bu münaqişənin həllinə nail olmamaqdır: "Tehran milyardlarla vəsaiti ayrı-ayrı terror təşkilatlarına boş yerə ayırmır. Rejim çox yaxşı başa düşür ki, "müsəlmanların hamisi" amilindən daxili siyasətdə uğurla istifadə edir. Həmçinin bu amildən yararlanaraq İslam ölkələri arasında normal münasibətlərin qurulmasına maneə yaradır. Beləcə Fələstin xalqının dinc yaşamasına heç bir töhfə vermir. Baş verənlər həm də İranın "fəaliyyəti"nin nəticəsidir. Belə olan halda Tehran Türkiyənin ədalətli siyasətini heç cür dəstəkləyə bilməz. Çünki bu, İranın bölgədə yürütdüyü siyasətə maneə yaradır".

Müşviq Tofiqoğlu

Chosen
966
50
mediapost.az

10Sources