AZ

ABŞ və İsrailin HƏMAS PLANI: "Bu səbəbdən hərbi əməliyyatların davam etməsi qaçılmazdır"

"İsrail hərbçiləri HƏMAS hərəkatını məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi əməliyyatlar keçirməyə davam edir, anklavda müvəqqəti atəşkəs mümkünlüyü nəzərdən keçirilmir". Bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. O əlavə edib ki, hazırda atəşkəs konsepsiyası müzakirə edilmir. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı məhv etmək üçün müharibə aparır.

Bəs görəsən, müharibənin nəticələri necə olacaq?

Mövzunu "MediaPost"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, HƏMAS-ın İsrailə qarşı hücumu geopolitik bir qarşıdurmadır və tərəflərin atəşkəsə razılaşması gözlənilmir:

alt

"ABŞ-ın və İsrailin planı ondan ibarətdir ki, İrana bağlı proksi qüvvələri məhv etsin. Onlar məhz bu istiqamətdə öz strategiyalarını qurublar. Düşünürəm ki, HƏMAS-a qarşı müharibə davam edəcək və onun məhvi gündəmdədir. Təkcə HƏMAS yox,eləcə də Husilər, ƏnsərAllah, Hizbullah və digər proksi qüvvələr də eyni aqibətlə üzləşəcəklər. Yaxın Şərqdə yeni bir dünya düzəni qurulur. Bu dünya düzənində belə proksi qüvvələr Yaxın Şərqdən çıxarılmalıdır. Bu, ABŞ-ın regionda apardığı siyasətin tərkib hissəsidir. Həm də İsrailin təhlükəsizliyini təhdid edir. "İbrahim" anlaşması mümkün olmadığından hərbi əməliyyatların davam etməsi qaçılmazdır".

Müşviq Tofiqoğlu

Seçilən
1120
50
mediapost.az

10Mənbələr