EN

Samuxda 37 yaşlı kişi öldürüldü

Samux rayonunda qətl hadisəsi baş verib.Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 16:20 radələrində rayonun Burunqovaq kəndi ərazisində olub.1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.DİN-in mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.  Gununsesi.info

Chosen
188
25
gununsesi.info

10Sources