EN

“Azərbaycan mafiyası”nın daha bir üzvü Rusiyada SAXLANILDI

Sankt-Peterburqda insanlara hücumlarda iştirak edən 17 yaşlı yeniyetmə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsindən (BQR) məlumat verilib.

Onun barəsində ittiham elan edilib, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

REN TV-nin məlumatına görə, gənc əslən Lipetskdən olsa da, Sankt-Peterburqda yaşayırmış. Məlum olub ki, o, özünü “Azərbaycan mafiyası” adlandıran gənclərlə birlikdə 21 yaşlı yerli sakinə hücum edib.

Hücumların digər iştirakçılarının müəyyənləşdirilməsi davam edir.

Qeyd edək ki, noyabrın 3-də Azərbaycanda “zibil bloqçuları” dəstəsinin rəhbəri Tural Məmmədovun saxlanıldığı barədə məlumat yayılıb.

Vurğulanıb ki, milli ədavət və düşmənçilik zəminində törədilən xuliqanlıq işi üzrə ümumilikdə 11 nəfər artıq saxlanılıb.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!
Chosen
563
1
editor.az

10Sources