EN

Bayden İsraildən niyə qorxur?

ABŞ daxili siyasi mülahizələrə və Vaşinqtondakı İsrail lobbisindən qorxduğuna görə İsraili dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə politoloq Con Mirşaymer “Judging Freedom” YouTube kanalında Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano ilə söhbətində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden, sələfləri Barak Obama , Corc Buş və Cimmi Karter kimi “yaxşı bilir ki, İsrail lobbisinin yolunu kəssəniz, bunun üçün siyasi bədəl ödəyəcəksiniz”.

Ekspertin qeyd etdiyi kimi, İsrail əvvəllər ABŞ-ın mühüm strateji müttəfiqi idi, lakin Vaşinqtonun böyük və misilsiz dəstəyi indi yalnız strateji və hətta mənəvi mülahizələrlə, xüsusən də İsrailin fələstinlilərə münasibəti fonunda izah edilə bilməz.

Politoloq ABŞ-ın daxili siyasi məqsədlər üçün İsrailin bütün hərəkətlərini dəstəkləməyə hazır olduğunu izah edərək, Amerika qanunları baxımından hətta xarici dövlətin maraqlarına lobbiçilik etməyin cinayət olmadığını vurğulayıb.

Chosen
759
50
publika.az

10Sources