RU

Azərbaycanda AİLƏ FACİƏSİ: ana və körpəsi doğuş zamanı öldü

Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

Hadisə Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini 2000-ci il təvəllüdlü Samirə Bəhruz qızı Nəsirova əməliyyat zamanı ölüb. Onun körpəsi də dünyasın dəyişib.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.


Избранный
100
35
referans.az

10Источники