“Omoniya” - “Zirə” oyununda beşinci qol vuruldu - YENİLƏNİB
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” klubları arasında keçirilən görüşdə növbəti qol vurulub.Manset.az xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda baş tutan qarşılaşmanın 60-cı dəqiqəsində rəqibin heyətində Eurandro qol müəllifi olub – 5:0. Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir. 22:18UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda dördüncü qol vurulub.Manset.az xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0. 54-cü dəqiqədə Mariuş Stepinsk dubl müəllifi olub. 21:28UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə hesab açılıb.Manset.az xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində rəqibin heyətində Euandro fərqlənib. Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. 21:01 UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb. Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir. Komandalar arasında cavab matçı bir həftə sonra Bakıdakı “Liv Bona Dea Arena”da oynanılacaq.